Port Baku ərazisində yerləşən bu müasir ofis layihəsi üçün AAN tərəfindən tam mühəndislik dəstəyi təmin edilmişdir. Enerji effektivliyi nəzərə alınaraq quraşdırılan elektrik və işıqlandırma sistemləri, yüksək sürətli şəbəkə infrastrukturu və ağıllı bina idarəetmə həlləri ofis işçiləri üçün ideal mühit yaradır.